...

Neftçalada ev yanıb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 28 Mart 2017 08:52 (UTC +04:00)
Neftçala rayonunun Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb
Neftçalada ev yanıb, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Neftçala rayonunun Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti