...

Aksiz markasız xeyli sayda araq və siqaret müsadirə edilib

Hadisə Materials 30 Mart 2017 10:23 (UTC +04:00)
Avtomobildən 111 ədəd araq və 3000 ədəd siqaret aşkar edilib.
Aksiz markasız xeyli sayda araq və siqaret müsadirə edilib

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Mersedes Benz" markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 111 ədəd 1.0 litrlik "Nemiroff" markalı araqlar, aksiz markası ilə markalanmayan 1800 ədəd "Marlboro Gold Edge", 600 ədəd "Marlboro Gold Touch" və 600 ədəd "Marlboro Filter Plus" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti