...

FHN Mingəçevirdə baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 12 May 2017 22:07 (UTC +04:00)
Mingəçevirdə ağır yol qəzası baş verib.
FHN Mingəçevirdə baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Mingəçevirdə ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meytini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 20:10-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti