...

Sanksiyaların evsizlərə xeyri

Maraqlı Materials 6 Noyabr 2014 18:50 (UTC +04:00)
Danimarkanın "Arla" süd məhsulları istehsalçısı evsiz danimarkalılara 15 ton pendir paylayacaq.
Sanksiyaların evsizlərə xeyri

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Danimarkanın "Arla" süd məhsulları istehsalçısı evsiz danimarkalılara 15 ton pendir paylayacaq.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, buna səbəb Avropa İttifaqı ölkələrindən Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan embarqo olub.

Pendirlər "Food Bank" xeyriyyə cəmiyyətinə təhvil veriləcək, cəmiyyət isə öz növbəsində, məhsulları ehtiyacı olanlara paylayacaq.

Evsizlərə veriləcək müxtəlif dadlı pendirlər indiyədək Danimarkada satılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti