...

Argentinada oranqutanın şəxsi azadlıq haqqı tanınıb

Maraqlı Materials 22 Dekabr 2014 14:22 (UTC +04:00)
Argentinada məhkəmə Buenos-Ayres zooparkında saxlanılan dişi oranqutanın qanunsuz olaraq azadlıqdan məhrum edildiyini etiraf edib.
Argentinada oranqutanın şəxsi azadlıq haqqı tanınıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Argentinada məhkəmə Buenos-Ayres zooparkında saxlanılan dişi oranqutanın qanunsuz olaraq azadlıqdan məhrum edildiyini etiraf edib.

Çıxarılan qərara görə, heyvan azadlığa buraxılmalıdır. Trend xəbər verir ki, bu barədə "BBC News" xəbər yayıb.

Şikayət ərizəsini məhkəməyə heyvanların müdafiəsi ilə məşğul olan AFADA təşkilatı təqdim edib. Fəalların fikrincə, Sandra ləqəbli meymun insanlara verilən hüquqlara malik olmalıdır. Onlar iddia edirlər ki, oranqutan şəxsiyyətin formalaşması üçün yetərli olan çoxlu sayda qavrayış qabiliyyətlərinə malikdir.

Məhkəmə müdafiəçilərin dəlilləri ilə razılaşıb və etiraf edib ki, son 20 ilini zooparkda keçirən dişi meymun qanunsuz olaraq azadlıqdan məhrum edilib. Əgər bu qərar ləğv edilməzsə, o zaman heyvan Braziliyadakı qoruqlardan birinə təbii yaşam mühitinə göndəriləcək.

Təşkilatın vəkili Pol Buaompadrenin sözlərinə görə, bu presedent yalnız primatların deyil, zooparklarda, sirklərdə və elmi laboratoriyalardakı başqa heyvanların da azadlığa buraxılmasına imkan verəcək.

Bu arada zooparkın mütəxəssisi Adrian Sestelo hesab edir ki, ən geniş yayılmış səhvlərdən biri heyvanın davranışının insanın davranışına oxşadılmasıdır.

Məlumatda deyilir ki, zooparkın məhkəmənin qərarından apelyasiya verməsi üçün 10 iş günü ərzində vaxtı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti