...

8 həftə dayanmadan "Candy Crush" oynadı, barmağı sıradan çıxdı

Maraqlı Materials 17 Aprel 2015 23:00 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında adı açıqlanmayan 29 yaşlı bir nəfər mobil telefonunda 8 həftə dayanmdan “Candy crush” oynayıb.
8 həftə dayanmadan "Candy Crush" oynadı, barmağı sıradan çıxdı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

ABŞ-ın Kaliforniya ştatında adı açıqlanmayan 29 yaşlı şəxs mobil telefonunda 8 həftə dayanmadan "Candy Crush" oyunu ilə məşğul olub.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, nəticədə onun baş barmağının vətəri yırtılıb.

Lakin oyun həvəskarı bunun fərqinə barmağı ağrıdıqdan bir müddət sonra varıb. Adi halda isə vətər yırtığı çox ağrıverici olur.

Həkimə müraciət edən gənc barmağının əməliyyat olunacağını öyrənib. Mütəxəssislər vurğulayırlar ki, oyun asılılığı olan insanlar diqqətlərini bir yerə yönəltdiklərinə görə ağrını hiss etməyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti