...

Tovuz sakininin maraqlı hobbisi (FOTO)

Maraqlı Materials 14 Oktyabr 2016 15:38 (UTC +04:00)
Tovuz sakini qədim küp və digər tarixi tapıntılar toplamaqla məşğuldur.
Tovuz sakininin maraqlı hobbisi (FOTO)

Bakı. Trend:

Tovuz sakini maraqlı hobbisi ilə diqqət çəkir. O, qədim küp və digər tarixi tapıntılar toplamaqla məşğuldur.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini Mübariz Mehralıyev 20 ildən artıqdır əşyaları həm pul xərcləyib alır, həm də müxtəlif insanlar gətirib ona təqdim edir. Kolleksiyaçının sonuncu əldə etdiyi qədim əşya tutumu 1 tondan artıq olan küpdür.

Tovuzun Yuxarı Öysüzlü kəndində tapılan küp qədim insanlar tərəfindən saxlanc vasitəsi kimi istifadə edilib. Əldə etdiyi qiymətli əşyalardan kiçik muzey tərtib edən kənd sakininin qədim abidələrlə zəngin məkanına insanların da marağı böyükdür. Kolleksiyaya müxtəlif dövrləri əhatə edən əskinaslar da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti