...

"Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına ermənilər də qoşulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2015 14:53 (UTC +04:00)
Petisiyanın məqsədi Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır.
"Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına ermənilər də qoşulub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə "Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına ermənilər də qoşulub. Bu barədə Trend xəbər verir.

Petisiyanın məqsədi Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır.

Xatırladaq ki, İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır:

https://secure.avaaz.org/en/petition/United_Nations_Security_Council_Recognize_Serzh_Sargsyan_the_President_of_Armenia_as_a_war_criminal_1/?preview=live

Məqalədə:
Xəbər lenti

Xəbər lenti