...

Səməd Seyidov: Jirinovskinin fikirləri qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2017 12:39 (UTC +04:00)
Jirinovskinin Azərbaycanla bağlı dediyi fikirlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində səslənməsi qəbuledilməzdir.
Səməd Seyidov: Jirinovskinin fikirləri qəbuledilməzdir

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi fikirlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində səslənməsi qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov bu gün keçirilən plenar iclasda deyib.

S.Seyidov bildirib ki, əslində bu sözlərə fikir verməmək olardı:

“Bu fikirlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. O ərazilərin 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevan rəhbərliyi istəyərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”.

Qeyd edək ki, V.Jirinovski postsovet ölkələrinin Rusiyaya birləşməsini təklif etmişdi: "Əgər SSRİ-nin keçmiş sərhədləri bərpa olunsa, Azərbaycan olmayacaq, Bakı quberniyası olacaq, Dağlıq Qarabağ münaqişəsi də öz-özünə həll olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti