...

8 ÖLKƏNİN SƏFİRİ ETİMADNAMƏLƏRİNİ TƏQDİM ETDİLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2005 15:52 (UTC +04:00)

İyunun 27-də səkkiz ölkənin səfirləri öz etimadnamələrinin sürətini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfova təqdim ediblər. Bu barədə Trend ə Azərbaycan XİN-nin informasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

İrlandiyanın, Zambiyanın, Şimali Koreyanın, Avstraliyanın, Küveytin, Qvineyanın, Moldovanın və Sudanın səfirləri Entoni Minike, Piter Musaka Çintala, Li Ton Pol, xanım Cin Dan, Abdulla əl-Duvayi, Mixail Laur, Hol Denq Alak və Amara Banqura öz diplomatik fəaliyyətlərini Türkiyədə və Azərbaycanda yerinə yetirəcəklər.

Azərbaycanın nazir müavini səfirlərlə görüşündə rəsmi Bakının bu ölkələrlə əməkdaşlığın bütün sahələrində ikitərəfli əlaqələri genişləqndirmək niyyətini ifadə edib. Görüş zamanı bu əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti