ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və Azərbaycan və Ermənistan prezidentlərinin avqust ayında nəzərdə tutulmuş görüşünün nəticə etibarilə səmərəli olacağına inanır. Trend agentliyinin məlumatına görə, belə bir bəyanatla ABŞ dövlət katibinin qlobal məsələlər üzrə müavini Paula Dobryanski (Paula Dobriansky) Bakıda keçirdiyi mətbuat konfransında çıxış edib.
P. Dobryanski erməni-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların sonuncu mərhələsini "konstruktiv və müsbət" adlandıraraq qeyd edib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri də həmçinin "nikbin" əhval-ruhiyyədədir".
"Biz əminik ki Dağlıq Qarabağ probleminin müsbət həlli həm Azərbaycan, həm də Ermənistan üçün sərfəli olacaq", -deyə P. Dobryanski qeyd edib.