...

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Siyasət Materials 25 Oktyabr 2016 18:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə başsağlığı verib.
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə başsağlığı verib.

Başsağlığında deyilir: “Əlahəzrət, Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin"!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti