...

Səfirlər Şəki və Qaxda olacaqlar

Siyasət Materials 20 Fevral 2017 16:00 (UTC +04:00)
20-21 fevralda ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.
Səfirlər Şəki və Qaxda olacaqlar

Bakı. Trend:

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevralda ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti