...

Əfqanıstanın keçmiş vitse-prezidenti V Bakı Qlobal Forumunda iştirak edəcək

Siyasət Materials 14 Mart 2017 15:54 (UTC +04:00)
Əfqanıstanın keçmiş vitse-prezidenti Məhəmməd Kərim Xəlili Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən 16-17 martda keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək.
Əfqanıstanın keçmiş vitse-prezidenti V Bakı Qlobal Forumunda iştirak edəcək

Bakı. Trend:

Əfqanıstanın keçmiş vitse-prezidenti (2004-2014), bu ölkənin Vəhdət Partiyasının sədri və Əfqanıstan Sülh Şurasının fəaliyyətdə olan sədri Məhəmməd Kərim Xəlili V Bakı Qlobal Forumunda iştirak edəcək.

Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti