...

Filip Vuyanoviç: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir

Siyasət Materials 16 Mart 2017 12:50 (UTC +04:00)
Azərbaycan və Monteneqro müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir
Filip Vuyanoviç: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və Monteneqro müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir.

Trend-in məlumatına görə, bunu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu çərçivəsində Monteneqro Prezidenti Filip Vuyanoviç deyib.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin inkişafı turizm və kənd təsərrüfatı, eləcə də digər sahələrdə qeydə alınır.

F.Vuyanoviç deyib ki, hər iki ölkənin şirkətləri və biznes-dairələri bir-biri ilə uğurla əməkdaşlıq edir.

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti