...

SƏMƏD SEYİDOV: "SİYASİ MƏHBUSLARLA BAĞLI MƏSƏLƏLƏR ÖNCƏ BAKIDA HƏLL OLUNACAQDIR"

Siyasət Materials 16 İyun 2005 13:40 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında "Azərbaycanda siyasi məhbuslar" məsələsi müzakirəyə çıxarılsa belə, bu, Azərbaycanın xeyrinə həll ediləcəkdir". Bunu AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, iki gün əvvəl "siyasi məhbus" adlandırılan şəxslərin birbaşa məhkəmə salonundan azadlığa buraxılması AŞ PA-nın yay sessiyasında Azərbaycana müsbət imic qazandıracaqdır. "Bu günlərdə hökumət nümayəndələri və ölkənin hüquq-müdafiəçilərindən ibarət yaradılmış işçi qrupunun imzaladığı memarandum artıq Avropa Şurası rəhbərliyinə, eləcə də Azərbaycan üzrə məruzəçi Malkolm Bryusa təqdim olunmuşdur. Hesab edirəm ki, AŞ PA-daAzərbaycanla bağlı məsələ müzakirə edilərkən, bunun müsbət təsiri olacaqdır",- deyə Səməd Seyidov vurğulamışdır.

Onun sözlərinə görə, işçi qrupu bundan sonra "siyasi məhbuslar" deyil, birdəfəlik Azərbaycanda insan haqları problemi ilə ciddi məşğul olmağı qarşısına məqsəd qoymuşdur. "Biz istəyirik ki, bu məsələni Azərbaycanda həll edək ki, bunu Avropa Şurasına çıxarmağa ehtiyac qalmasın. Digər tərəfdən isə insan haqları problemi bütün dövlətlərdə mövcuddur. Lakin biz bunun həllini vaxtaşırı görəcəyik ki, sonradan hər hansı problem yaranmasın",- deyə Səməd Seyidov bildirmişdir.

Xatırladaq ki, işçi qrupunun tərkibinə AŞ PA-dakı Azərbaycanparlament nümayəndə heyətinin üzvləri ilə yanaşı prezidentin İcra aparatının məsul əməkdaşları, eləcə də iqtidara qarşıkəskin mövqeyi ilə seçilənhüquq-müdafiə qurumlarının rəhbərləri ( Eldar Zeynalov, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Çingiz Qənizadə və başqaları) daxildirlər.

Xəbər lenti

Xəbər lenti