...

LALƏ ŞÖVKƏT "YENİ SİYASƏT" BLOKUNDAN ÇIXDI

Siyasət Materials 4 İyul 2005 18:34 (UTC +04:00)
LALƏ ŞÖVKƏT "YENİ SİYASƏT" BLOKUNDAN ÇIXDI

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət "Yeni Siyasət" seçki blokunu tərk edib. Bu barədə Trend ə Milli Birlik hərəkatından məlumat verilib. Lalə Şövkət iyulun 4-də verdiyi bəyanatda bildirib ki, o, Azərbaycanda mövcud ağır, mənəvi, sosial-iqtisadi problemlərin həllində mühüm rol oynayan demokratik seçki keçirilməsini müxalifətin birliyindən asılı olduğunu nəzərə alaraq, "Yeni Siyasət" seçki blokunun yaranmasına çalışıb. Lalə Şövkət qeyd edib ki, Azərbaycanın və dünya ictimaiyyətinin təkidlərinə baxmayaraq, iqtidar seçki Məcəlləsinə dəyişikliklər etməkdən və seçki komissiyaların tərkibinin bərabərlik prinsipi əsasında formalaşdırılmasından imtina etdi.

"Hesab edirəm ki, indiki şəraitdə "Yeni siyasət" bloku digər müxalifət blokları ilə yanaşı imkanlarını səfərbər edərək seçki mühitini və seçki qanunvericiliyini demokratikləşdirmək, siyasi mühacirlərin vətənə qayıdışını təmin etmək və onların hüquqlarının təminatı üçün təxirəsalınmaz etiraz aksiyaları keçirməlidir. Həmçinin bütün müxalifətin vahid demokratik cəbhədə birləşməsi üçün zəmin yaratmağa çalışmalıdır"-deyə Lalə Şövkət bildirib.

Milli Birlik Hərəkatının lideri sonda bəyan edib ki, indiki həssas ictimai-siyasi məqamda "Yeni Siyasət" seçki blokunun üzvlərinin siyasi strategiyalarında və taktikalarında fərqli mövqelər yarandığından və demokratiya uğrunda müstəqil siyasət siyasət yürütməyi məqbul saydığından bu bloku tərk edir.

Xəbər lenti

Xəbər lenti