...

İSGƏNDƏR HƏMİDOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Siyasət Materials 11 İyul 2005 18:49 (UTC +04:00)

İyulun 12-də Apellyasiya Məhkəməsində Milli Demokrat (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidovun üzərindən məhkumluğunun götürülməsi iddiası ilə bağlı məhəkəmə prosesi olacaq. Bu barədə Trend ə Milli Demokrat Partiyasından məlumat verilib.

İyulun 12-də saat 10.00-da keçiriləcək məhkəmə iclasında Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayət verən İ.Həmidovun ərizəsinə baxılacaq.

Qeyd edək ki, Səbail rayon məhkəməsində iyulun 8-də hakim İlham Ağayevin sədrliyi ilə keçirilən iclasda İsgəndər Həmidovun şikayətinə baxılıb və onun üzərindən məhkumluğun götürülməsinə dair iddiası təmin olunmayıb.

Məhkəmənin bu qərarı onunla izah edilib ki, İ.Həmidov əfv olunduqdan sonra hələ üzərində 6 il cəza müddəti qalmışdı. Çəkilməmiş cəza müddətinin çox olması İ.Həmidovun üzərindən məhkumluğun götürülməsinə imkan verməyib.

Xəbər lenti

Xəbər lenti