...

AZƏRBAYCAN VƏ MOLDOVA PREZİDENTLƏRİ TELEFON SÖHBƏTİ EDİB

Siyasət Materials 14 İyul 2005 20:58 (UTC +04:00)

İyulun 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Moldova prezidenti Vladimir Voronin arasında telefon söhbəti olub. Trend agentliyi bildirir ki, bu barədə bu gün Azərbaycan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli siyasi, iqtisadi və digər əlaqələrdən məmnunluq ifadə ediblər.Onlar ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin rolunu qeyd ediblər.

Prezidentlər beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində ölkələrin həyata keçirdiyi əməkdaşlığın genişləndiriləcəyinə əminlik ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti