...

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN YARALDILMASININ 3-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Siyasət Materials 30 İyul 2005 14:01 (UTC +04:00)

İyunun 30-da Dövlət sərhəd xidmətinin mərkəzi aparatında 31 iyul AR Dövlət sərhəd xidmətinin yaraldılmasının 3-cü ildönümü münasibətilə Heydər Əliyev - Dövlət sərhəd xidmətinin yaradıcısıdır" şüarı altında təntənəli tədbir keçirilib. İlk öncə sərhədçilər Fəxri xiyabana gələərək ümummilli lider H.Əliyevin xatirəsini yad ediblər. DSX-nin mərkəzi aparatında davam edən tədbirdən əvvəl qonaqlar DSX-nin 3 illik fəaliyyətini əks ertdirən foto-sərgi ilə tanış olublar.

Yuksək rütbəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə DSX-nin rəisi, sərhəd qoşunları komandanı , general-leytenant Elçin Quliyev çıxış edərək H.Əliyevin Sərhəd qoşunlarının əsasında DSX-nin yaradılması barədə 2002-ci il iyul 31-də verdiyi fərmanın misilsiz əhəmiyyətini qeyd edib, ümumilli lider tərəfindən əsası qoyulan və AR prezidenti İlham Əliyev tərəfindən davam etdirilən diqqət və qayğı nəticəsində DSX-nin böyük inkişaf yolu keçərək dövlət sərhədlərinin mühafizəsini təşkil etməyə qadir olan bir quruma çevrildiyini xüsusilə vurğulayıb.

H.Əliyevin DSX-nin rəhbər heyəti və sərhəd dəstələrinin rəisləri ilə 6 fevral 2003-cü il tarixli görüşündəki və Xudat dəstəsində sərhəd xidmətinin şəxsi heyəti ilə 21 iyul 2004-cü il tarixli görüşündəki çıxışlar nümayiş etdirilib. Tədbirin sonunda isə DSX-nin yaradılmasının 3-cü ildönümü münasibətilə şəxsi heyətin rəğbətləndirilməsi haqqında Elçin Quliyevin əmri oxunub, təltiflər təqdim olunub.

Xəbər lenti

Xəbər lenti