...

MOSKVA VİLAYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİN BAKIYA SƏFƏRİ GÖZLƏNİLİR

Siyasət Materials 11 Avqust 2005 13:46 (UTC +04:00)

Sentyabrın birinci yarısında Moskva vilayətinin qubernatoru B.Qromovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetində məlumat verilib.

Hazırda tərəflərin ekspertləri iqtisadi-ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini öyrənirlər. Səfərin gedişində Bakıda Azərbaycan və Moskva vilayətinin işgüzar dairələrinin əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarını müəyyən edəcək nümayəndələrinin biznes forumunun keçirilməsi planlaşdırılır. Həmçinin sənaye, aqrar, nəqliyyat və s. sahələri təmsil edən işgüzar şəxslərin səfəri gözlənilir.

Səfər əvvəlcə iyunun ilk ongünlüyünə planlaşdırılmışdı, lakin Moskva vilayəti rəhbərliyinin gərgin iş qrafiki ilə əlaqədar səfərin vaxtı sentyabrın birinci yarısına keçirilib.

Xəbər lenti

Xəbər lenti