...

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNDA "AÇIQ QAPI" KEÇİRİLDİ

Siyasət Materials 15 Avqust 2005 16:24 (UTC +04:00)

Avqustun 15- də Azərbaycan Respublikasının Baş Prokurorluğunda "Açıq qapı" adı altında baş prokuror Zakir Qaralovun jurnalistlərlə görüşü keçirilib.

Z.Qaralov jurnalistlərin nəzərinə çatdırıb ki, bu tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində aşkarlığın təmin olunmasına, mütərəqqi iş üsullarının tətbiq edilməsinə, kütləvi informasiya vasitələri ilə əlaqələrin təkmilləşdirilməsinə dair verdiyi göstərişlərin nəticəsində, həyata keçirilməsi istiqamətində verdiyi göstərişlər əsasında baş tutub.

Baş prokuror onu da bildirib ki, həftə ərzində Baş Prokurorluğun əməkdaşları KİV-lə daha sıx təmasda olacaqlar.

"Avqustun 18-də Respublika Hərbi Prokurorluğunda növbəti belə görüş keçiriləcək və KİV nümayəndələrinə Hərbi Prokurorluğun fəaliyyəti haqqında geniş məlumatlar veriləcək. Bundan başqa, həftə ərzində prokurorluq əməşdakları müxtəlif məqalələrlə qəzetlərdə çıxışlar edəcəklər.
Prokurorluq orqanlarında aparılan islahatlar, qurumun fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumatlar veriləcək. Eyni zamanda telekanallarda Respublika Prokurorluğunun fəaliyyətini əks etdirən filmlər nümayiş etdiriləcək" - deyə Zakir Qaralov bildirib.

Xəbər lenti

Xəbər lenti