...

QAT RAMİL SƏFƏROVU DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB

Siyasət Materials 25 Avqust 2005 16:32 (UTC +04:00)

"Azərbaycan Ordusunun ləyaqətli, bacarıqlı, hazırlıqlı zabiti Ramil Səfərov erməni işğalçılığı, vəhşiliyi və terrorçuluğunun qurbanı olub. O, doğma yurdunun ermənilər tərəfindən dağıdılıb məhv edilməsi, yaxınlarının qətlə yetirilməsinin təsiri altında mənəvi sarsıntı keçirib və həmçinin Budapeştdə daim erməni zabitlərinin təhrikinə, təxribatlarına məruz qalaraq qətl hadisəsi törədib.

Biz inanırıq ki, o, Budapeşt məhkəməsinin ədalətli qərarı ilə azadlığa çıxacaq, torpaqlarımızın azadlığı ubrunda öz sözünü deyəcək". Trend in məlumatına görə, bu bəyanat Qarabağ Azadlıq Təşkilatının (QAT) Azərbaycan ordusunun zabiti Ramil Səfərovun doğum günü münasibəti ilə ona ünvanladığı təbrik məktubundandır.

Qeyd edək ki, avqustun 25-i Azərbaycan Ordusunun zabiti, Budapeştdə təxribatçı erməni zabitini qətlə yetirməkdə təqsirləndirilən Ramil Səfərovun doğum günüdür. QAT-ın təbrikində deyilir ki, Ramil Səfərov vətənə, torpağa bağlı olan, öz xalqını sevən bir gəncdir.

R.Səfərovun törətdiyi hadisəyə isə özü ilə bərabər Budapeştdə NATO-nun hərbi kurslarında təlim keçən erməni zabitlərinin məqsədli şəkildə onu təxribata çəkməsi səbəb olub: "Biz inanırıq ki, Ramil Səfərov ərazi bütövlüyümüz uğrunda mübarizədə qarabağsevərlərin ön cərgəsində olacaq. Ramil Səfərovu doğum günü münasibəti ilə təbrik edir, tezliklə öz xalqına, yaxınlarına qovuşmasını arzulayırıq"-deyə təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti