...

ABBAS ABBASOV: AZƏRBAYCAN MDB ÖLKƏLƏRİ ARASINDA HUMANİTAR ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ NİZAMLAYAN SƏNƏDİ İMZALAYIB

Siyasət Materials 29 Avqust 2005 13:24 (UTC +04:00)
ABBAS ABBASOV: AZƏRBAYCAN MDB ÖLKƏLƏRİ ARASINDA HUMANİTAR ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ NİZAMLAYAN SƏNƏDİ İMZALAYIB

Azərbaycan MDB ölkələri arasında humanitar əməkdaşlıq məsələlərini nizamlayan sənədi imzalayaraq onun 7.5 və 7.6-cı bəndləri barədə öz fikrini bildirib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin sədr müavini Abbas Abbasov avqustun 29-da Trend ə eksklüziv müsahibəsində bildirib.

"Sənədin 7.5 və 7.6-cı bəndləri terrorçuluqla mübarizə məsələlərinə aiddir. Biz hesab edirik ki, bu bəndlərdə sonradan ektremizmi və terrorçuluğu inkişaf etdirən separatizm məsələləri də əks olunmalı idi. Lakin bəzi ölkələr buna qarşı etiraz etdiyindən separatizm problemi sənəddə qeyd olunmayıb. Bütövlükdə, sənədin imzalanması böyük əhəmiyyət kəsb edir, belə ki, humanitar əməkdaşlıq MDB ölkələri üçün olduqca vacibdir, - deyə A.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti