...

AZƏRBAYCAN PREZİDENTİ MİNİMUM AYLIQ ƏMƏK HAQQINI 20 FAİZ ARTIRIB

Siyasət Materials 16 Sentyabr 2005 20:14 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da respublika vətəndaşlarının minimum aylıq əmək haqqının 20 faiz artırılması haqqında fərman imzalayıb.

Trend bildirir ki, Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların pul gəlirlərini artırmaq, eləcə də aztəminatlı əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 2005-ci il oktyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 20 faiz artırılaraq 150 min manat təşkil edəcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, həmin fəramandan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti