...

DEMOKRATİK AZƏRBAYCAN SEÇKİ BLOKUNUN SƏDRLƏR ŞURASI TOPLANTISINI KEÇİRƏ BİLMİR

Siyasət Materials 4 Oktyabr 2005 14:42 (UTC +04:00)

"Demokratik Azərbaycan (DAB) seçki blokunun Sədrlər Şurasının toplantısı keçirilmir". Bu barədə Trend agentliyinə adıçəkilən blokun təsisçilərindən olan Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib.

İ.İsmayılov bunu Sədrlər Şurası üzvlərinin bölgələrdə olmaları ilə bağlayıb: "İndi bizim başımız seçki təbliğatına qarışdığından neçə vaxtıdr ki, bir araya gələ bilmirik. Ancaq müzakirə olunası çox məsələ var. Ümid edirəm ki, seçki təbliğatını uğurla başa vurduqdan sonra bu məsələlərin müzakirəsinə nail ola biləcəyik".

Partiya sədri eyni seçki dairələrində DAB-ın namizədləri arasında daha şanslısını müəyyənləşdirmək məsələsinin də həll olunmasını zəruri hesab edib: "Bu həm onların, həm də seçicilərin seçiminə təsir göstərər. Bu məsələnin də müzakirəyə ehtiyacı var".

Qeyd edək ki, DAB-ın Sədrlər Şurasına Azadlıq Partiyasının sədri Əhməd Oruc (namizədliyini Qazaxdan verib), Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı (namizədliyini Yardımlıdan verib), Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov (namizədliyini Lənkərandan verib) və Ədalət Partiyasının sədri İlyas İsmayılov (namizədliyini Tovuzdan verib) daxildirlər.

Xəbər lenti

Xəbər lenti