...

18-21 OKTYABRDA DÜŞƏNBƏDƏ SƏRHƏD QOŞUNLARI KOMANDANLARI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 12 Oktyabr 2005 17:04 (UTC +04:00)

18-21 oktyabrda Düşənbədə MDB üzvü ölkələri Sərhəd qoşunları komandanları Şurasının 54-cü iclası keçiriləcək.MDB-nin İcra komitəsində Trend ə bildirilib ki, iclasın gündəliyinə təxminən 15 məsələ daxildir.

MDB ölkələri sərhəd qoşunlarının rəhbərləri Birlik çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.Xüsusilə milli məlumat bazalarının formalaşdırılması və sərhədlərin qeyri-qanuni keçilməsi faktlarının qarşısının alınması və xəbərdarlıq üzrə dövlətlərarası informasiya mübadiləsinin təşkili məsələləri, qeyri-qanuni silah, narkotik vasitələr və psixontrop maddələr, eləcə də nüvə tullantıları tranzitinin qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsinə dair ümumi əsasnamə layihəsi nəzərdən keçiriləcək.

İclasıni gündəliyinə həmçinin qeyri-qanuni miqrasiyanın tənzimlənməsi, cinayət yolu ilə əldə olunmuş gəlirlərin qanuniləşdirilməsinin (yuyulmasının) və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması kimi məsələlər də daxildir.

Azərbaycanı iclasda Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti