...

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ DÖVLƏTLƏ DİN ARASINDA ƏLAQƏLƏRİ TƏKMİLLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR

Siyasət Materials 13 Oktyabr 2005 13:21 (UTC +04:00)
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ DÖVLƏTLƏ DİN ARASINDA ƏLAQƏLƏRİ TƏKMİLLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR

Dini qurumlarla iş üzrə Dövlət Komitəsi dövlət və dini strukturlar arasında əlaqələri təkmilləşdirmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə Dövlət Komitəsinin sədri Rafiq Əliyev oktyabrın 13-də mətbuat konfransında bəyan edib.

Bu məqsədlə Dini ekspertlər Şurası yaradılıb. Onun sözlərinə görə, Şuranın tərkibinə 15 ilahiyyatçı ekspert və alim daxildir və Şuranın Nizamnaməsi artıq qəbul edilib. Şuranın fəaliyyəti 4 əsas sahəyə yönəlib: dini maariflənmədə "pərakəndəlikdən mütəşəkkilliyə" doğru sistem yaratmaq, müztəlif dini icmaların sosial problemlərin həllinə cəlb olunması, dinlər və dini icmalar arasında konstruktiv əməkdaşlıq münasibətlərinin və tolerantlığın formalaşmasına yardım və KİV monitorinqinin keçirilməsi.

Əsas diqqət KİV monitorinqinə ayrılacaq. R.Əliyevin sözlərinə görə, bu gün Azərbaycanın KİV-də dinlər arasında qarşüdurmaya gətirib çıxara biləcək materiallar dərc olunur. "Bu nəşrlər ölkədə dini sabitliyin pozuomasına xidmət edir",- deyə o bəyan edib.

Şuranın fəaliyyətinin digər istiqamətlərinə Dövlət Komitəsinin məlumat bankının təkmilləşdirilməsinə yardım, dini maariflənmə proqramlarının analizi, dövlət-din konsepsiyasının işlənib hazırlanması və s. daxildir. R.Əliyev sonda bildirib ki, Şuranın fəaliyyətinə Dövlət Komitəsi tərəfindən nəzarət olunacaq.

Xəbər lenti

Xəbər lenti