...

BŞBPİ rəisi son hadisələrə münasibət bildirib

Siyasət Materials 21 Oktyabr 2005 14:52 (UTC +04:00)

Oktyabrın 21-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyev BŞBPİ-də müşavirə keçirib. Trend ATV telekanala instistadan məlumat verir ki, BŞBPİ rəisi müşavirədə ölkədə baş vermiş son hadisələrə münasibət bildirib.

BŞBPİ rəisi qeyd edib ki, son vaxtlar bəzi qüvvələr seçkiqabağı ölkə daxilində xaos yaratmağa çalışır. Bu, qardışan gələn seçkilərə təsir göstərmək məqsədi güdür.

"Ümumilli lider mərhum Heydər Əliyevin apardığı siyasət, qoyduğu qanunlar bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Polis orqanları da həmişə olduğu kimi ölkədə və onun paytaxtında əmin-amanlığı qoruyub saxlamalı, cinayətkarlığa qarşı ciddi müubarizəni davam etdirməlirdir. Müəyyən adamlar qarşıdurma yaratmaq, böhtan xarakterli şaiyələr yaymağa çalışırlar. Bu adamlar gərginlik yaratmaq məqsədi güdürlər. Ancaq unudunlar ki, biz həmişə dövlətimizə və prezidentimizə sadiq olmuşuq".

Xəbər lenti

Xəbər lenti