...

Mübariz Qurbanlı: "Azadlıq" seçki bloku yalnız qanun çərvivəsində aksiya keçirə bilər"

Siyasət Materials 24 Oktyabr 2005 18:24 (UTC +04:00)

"Azadlıq" seçki bloku qanun çərçivəsində harada istəyirsə tədbir keçirə bilər" Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP rəsmisi qeyd edib ki, "Azadlıq" seçki blokunun oktyabrın 30-a planlaşdırdığı mitinqi noyabrın 4-də Respublika stadionunda konsert-mitinqlə əvəz etməsində heç bir problem yoxdur: "Hər bir siyasi qüvvə seçki təbliğatını yalnız qanunun tələblərinə uyğun qurmalıdır. Görünür "Azadlıq" seçki bloku icazəsiz yürüş-mitinqlər keçirməyə cəhd göstərməklə heç nəyə nail olmadığından aksiyalarını mədəni-kütləvi çərçivəyə salmağı planlaşdırır".

M.Qurbanlı radikal müxalifətin nəhayət düz yola döndüyünü bildirərək daha sonra qeyd edib: "Əgər Bakı meriyası adıçəkilən blokun Respublika stadionunda konsert-mitinqinə icazə verərsə və həmin tədbirdə dövlət çevrilişinə çağırışlar olmasa, tədbir sırf seçki təbliğatı üzərində qurularsa fikrimcə burada heç bir problem olmayacaq".

Xəbər lenti

Xəbər lenti