Azərbaycan YUNESKO-nun İcra Şurasının üzvü seçilib. AR XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, bu qərar YUNESKO-nun oktyabrın 31-də Parisdə keçirilən baş konfransının 33-cü sessiyasında qəbul edilib.
T.Tağızadə bu hadisəni Azərbaycana "YUNESKO qərarlarının işlənib-hazırlanmasında geniş iştirak imkanlarının" verilməsi kimi şərh edib.
Onun sözlərinə görə, YUNESKO-nun İcra Şurasının tərkibində Şuranın 4 il müddətinə seçdiyi 58 üzv ölkə vardır. Şura icra orqanı kimi fəaliyyət göstərir və onun vəzifələrinə YUNESKO-nun ali idarəedici orqanı - baş konfransın işlərinin hazırlanması daxildir.O, qeyd edib ki, şura baş konfransın qəbul etdiyi qərarların gerçəkləşdirilməsinə məsul orqandır.