Ukrayna Azərbaycandakı parlament seçkilərini diqqətlə izləyəcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bəyan edib.
O, bildirib ki, bu məqsədlə Ukrayna Azərbaycana öz müşahidəçilərini göndərəcək. Diplomatın sözlərinə görə, MSK-nın və Ukrayna parlamentinin 7 nümayəndəsi noyabrın 3-5-də Bakıya gələcək.
Diplomat bildirib ki, bundan başqa, QHT, siyasi həroəkat və partiyaların çoxsaylı nümayəndələrinin gəlişi gözlənilir. İ.Kizima qeyd edib ki, onların səfəri öz azərbaycanlı həmkarlarının dəvətilə həyata keçiriləcək.