...

Azərbaycan MSK həvalə edilmiş bütün tapşırıqları yerinə yetirib

Siyasət Materials 7 Noyabr 2005 21:10 (UTC +04:00)
Azərbaycan MSK həvalə edilmiş bütün tapşırıqları yerinə yetirib

Azərbaycan MSK parlament seçkilərində həvalə edilmiş bütün tapşırıqları yerinə yetirib. Trend bildirir ki, noyabrın 7-də Azərbaycanda parlament seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov bəyan edib.

Onun sözlərinə görə, səsvermədə ölkənin səsvermə hüququ olan bütün vətəndaşlarının 46,8%-i iştirakm edib.123 seçki dairəsində səsvermələrin nəticələri alınıb və qalib namizədlərin adlarının məlum olmasına baxmayaraq yalnız 3 dairədə texniki problemlərlə bağlı yekunlar daxil olmayıb.

Beynəlxalq müşahidəçilərin tənqidinə öz fikrini bildirən M.Pənahov deyib ki, onların vəzifəsi hesablamaları aşkar və elan etməkdir və buna görə də bunu normal qəbul etmək lazımdır.

Rəsmi məlumatların Amerikanın "PA Consulting" şirkəti tərəfindən keçirilən exit-poll-un nəticələri ilə uyğün gəlməməsinə toxunan M.Pənahov deyib ki, nəticələr 85% uyğundur. "Belə olan halda necə demək olar ki, seçkilər düzgün keçirilməyib? Mən tam əminliklə deyirəm ki, seçkilər demokratik prinsiplərə uyğun, bütün namizədlərə bərabərlik şəraitində keçirilib" -deyə M.Pənahov qeyd edib. MDB müşahidəçi missiyasının rəhbəri Vladimir Ruşaylo ilə görüşündən danışarkən M.Pənahov bildirib ki, V.Ruşaylo seçkiləri ən yüksək səviyyədə keçirilən seçkilər kimi qiymətləndirib.

Bir sıra beynəlxalq təşkilatların bəzi seçki dairələrində səsvermənin nəticələrinin ləğv edilməsi və təkrar səsvermənin keçirilməsi barədə bəyanatları ilə bağlı olaraq M.Pənahov bildirib ki, " ölkədə növbəti parlament seçkiləri beş ildən sonra, 2010-cu ildə keçiriləcək".

MSK sədri bildirib ki, noyabrın 8-də "Seçkilər" İnformasiya mərkəzinə seçki protokollarının verilməsi prosesi başa çatacaq və bundan sonra MSK son nəticələri Konstitusiya məhkəməsinə göndərəcək. Öz növbəsində Konstitusiya məhkəməsi 20 gün ərzində seçkilərdə qalib gəlmiş şəxslərin namizədliyini təsdiq etməlidir.

Xəbər lenti

Xəbər lenti