...

Konstitusiya Məhkəməsində ikigünlük konfrans keçiriləcək

Siyasət Materials 10 Noyabr 2005 13:17 (UTC +04:00)

Noyabrın 11-12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ikigünlük konfrans keçiriləcək. Öu öarədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Konstitusiya gününün 10 illiyinə həsr olunmuş konfrans "hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu" mövzusunu əhatə edəcək.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Respublikası Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Avropa Şurasının Venetsiya Komissiyasının katibi Canni Bukikko, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, Türkiyə, İsrail, Kipr, Norveç, Çexiya və digər ölkələrin Ali və Konstitusiya məhkəmələrinin hakimləri iştirak edəcəklər.

Konfransda Konstitusiya Məhkəməsinin sabiq sədri, hazırda Avropa Məhkəməsinin hakimi olan Xanlar Hacıyevin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti