...

Yoxlamalar aparılan bəzi seçki dairələrinin nəticələri ləğv edilə bilər

Siyasət Materials 15 Noyabr 2005 12:30 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyası ayrı-ayrı dairələrdən verilən şikayətlərin araşdırmasını davam etdirir və aparılan yoxlamalar nəticəsində dairələrlə bağlı cinayət tərkibi aşkar olunacaqsa, prokurorluğa göndəriləcək". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib. O qeyd edib ki, MSK 6 noyabr parlament seçkilərinin nəticələri ilə bağlı 20 gün ərzində yoxlamalar aparacaq və noyabrın 26-27-nə kimi başa çatdıracaq. Yoxlamalar aparılan seçki dairələrinin yekunları MSK-nın iclaslarında müzakirəyə çıxarılacaq. N.Məmmədov bəzi seçki dairələrinin nəticələrinin ləğv olunacağının mümkünlüyünü qeyd edib.

Qeyd edək ki, üç seçki dairəsinin - 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt və 110 saylı Zaqatala seçki dairələrinin nəticələri MSK tərəfindən ləğv olunub və işləri prokororluğa göndərilib. Respublika Prokurorluğunda həmin dairələrin nəticələri ilə bağlı cinayət işi açılıb, dairə və məntəqə seçki komissiyalarının sədrləri barəsində həbs qəti-imkan tədbiri seçilib. N.Məmmədov bildirib ki, hazırda araşdırmaları aparılan digər dairələrlə bağlı cinayət tərkibi aşkar olunacaqsa, prokurorluğa göndəriləcək.

Qeyd edək ki, MSK yoxlamaları başa çatdırıb nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək, bu instansiya isə 10 gün ərzində nəticələri araşdırıb qərar çıxaracaq.

Xəbər lenti

Xəbər lenti