...

"Azadlıq" blokunun Zaqatalada mitinqi, Bakıda isə DSK qarşısında piketi keçirilib

Siyasət Materials 15 Noyabr 2005 19:25 (UTC +04:00)

Noyabrın 15-də Zaqatalada yerli müxalifətçilər seçki saxtakarlığına etiraz əlaməti olaraq izacəli mitinq keçiriblər. Trend in məlumatına görə, aksiyada "Azad seçki", "Azadlıq", "Saxta seçkilərə yox deyirik" kimi şüar və tələblər səsləndirib. Mitinqdə çıxış edən "Azadlıq" blokunun deputatlığa namizədləri Arif Hacılı, Fikrət Alqayev öz səsləri uğrunda sonacan mübarizə apardıqlarına görə seçicilərə öz təşəkkürlərini bildiriblər. Namizədlər aksiya iştirakçılarını qanunsuzluqla, haqlarının pozulması ilə barışmamağa çağırıblar. Aksiyada hər hansı bir insident baş verməyib.

Noyabrın 15-də həmçinin Bakı şəhərində Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbərin seçiciləri 19 saylı Nərimanov birinci seçki dairəsində yol verilən qanun pozuntularına etiraz əlaməti olaraq Dairə Seçki Komissiyasının (DSK) qarşısında piket keçiriblər. Aksiya iştirakçıları "Seçki saxtakarlıqlarına yol verənlər cəzalandırılsın!", "Saxta seçkilərin nəticələri ləğv edilsin", "Yeni seçki tələb edirik" şüarları səsləndiriblər. Sonda oxunan qətnamədə aksiya iştirakçıları MSK-nın dairə üzrə nəticələrinin ləğv edilməsini, saxtakarlıqlara yol verənlərin cəzalandırılmasını tələb etdiklərini göstəriblər.

Xəbər lenti

Xəbər lenti