...

2006-cı ildən Cəlilabad və Dəvəçidə drenaj-suvarma sistemlərinin yaxşılaşdırılması üzrə işlərə başlanılacaq

Siyasət Materials 3 Dekabr 2005 15:15 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Meliorasiya və Su Təsərrüfatı üzrə Dövlət Agentliyi 2006-cı ildən Dəvəçi və Cəlilabad rayonlarının su təmiqatını yaxşılaşdırılmasını reallaşdırmağa başlayacaq. Agentlikdən Trend ə verilən məlumata görə, tədbir noyabrda keçirilən iki tendekr əsasında həyata keçiriləcək.

Bu sahədə işlər Cəlilabad rayonunun ərazisindəki Göytəpə su anbarının tikintisini və drenaj-suvarma şəbəkələrinin bərpasını, eləcə də Dəvəçi rayonunun Güyəmli kəndindəki Taxtakörpü su anbarının tikintisini özünəd əks etdirir.

"Hazırda bu işdə maraqlı oldan şirkətlərin təkliflərinin qiymətləndirilməsi üzrə işlər aparılır və bu günlərdə tenderin qalibləri müəyyən ediləcək", - deyə dövlət strukturundan bildirilib.

Xəbər lenti

Xəbər lenti