...

İsrailin Azərbaycandakı səfiri Gəncəyə səfər edəcək

Siyasət Materials 5 Dekabr 2005 13:17 (UTC +04:00)

Dekabrın 8-9-da İsrailin Azərbaycandakı səfiri Artur Lenk Gəncəyə rəsmi səfər edəcək. Bu barədə Trend İsrail səfirilyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Səfər çərçivəsində diplomat ictimaiyyətlə görüşəcək və şəhərin görməli yerlərilə tanış olacaq. Onun Xan sarayına baş çəkəcəyi, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin məqbərəsini və Cavad xanın qəbrini ziyarət edəcəyi nəzərdə tutulub.

Səfirlikdə Gəncəyə səfərin çoxdan planlaşdırıldığı və səfirin regional səfərlər proqramının bir hissəsi olduğu bildirilib.

Səfər A.Lenkin Gəncənin icra hakimi Eldar Əzizovla görüşündən başlayacaq. Daha sonra isə jurnalistlərlə görüş planlaşdırılıb.

İsrail diplomatı Azərbaycanın Kənd Təsərrüfatı Akademiyasında "İsrailin kənd təsərrüfatı sektorunun təcrübəsi" mövzusunda məruzə ilə çıxış edəcək. Səfirin, həmçinin, Gəncə Aqrobiznes Assosiasiyasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

Noyabrın 9-da səfir Xanlar respublikasına səfər edəcək.

Xəbər lenti

Xəbər lenti