...

Milli Dirçəliş Hərəkatı partiyalarla saziş bağlayır

Siyasət Materials 10 Dekabr 2005 12:38 (UTC +04:00)

"Milli Dirçəliş Hərəkatının (MDH) seçkidən öncə və sonra müxalifətin vahid mərkəzdə birləşməsi təşəbbüsü "Azadlıq" bloku tərəfindən qəbul edilmədi". Bu barədə Trend ə MDH-nin lideri Fərəc Quliyev bildirib.

F.Quliyev onu da qeyd edib ki, "Azadlıq" blokunun bu məsələyə laqeyd münasibəti cavabsız qalmadı: "Dəfələrlə dəvətlər olunsa da, hərəkatımız blokun təşkil etdiyi mitinqlərdə iştirak etmədi". MDH lideri onu da bildirib ki, müxalifətin yeni əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ilə saziş imzalayıblar: "Gələcəkdə bu sazişə digər partiyalar da qoşulacaq. Artıq təkliflər var", - deyə o bildirib.

F.Quliyev bu əməkdaşlığın gələcəkdə vahid partiyaya çevrilə biləcəyini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti