...

Azərbaycanda 2006-cı ildə QİƏ çərçivəsində tədbirlərin keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb

Siyasət Materials 18 Dekabr 2005 17:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Qara dəniz ticarət və inkişaf bankının illik səkkizinci iclasının və Qara dəniz biznes-forumunun keçirilməsi haqqında sərəncam imzalayıb.

Trend bildirir ki, yaradılmış Təşkilat komitəsinin sədri Qara dəniz ticarət və inkişaf bankının direktorlar Şurasında Azərbaycandan olan direktor, iqtisadi inkişaf naziri Heydər Babayev təyin edilib. Onun müavini ARDNF-in icraçı direktoru (Qara dəniz ticarət və inkişaf bankında Azərbaycanı təmsil edən direktor) Samir Şərifovdur.Təşkilat komitəsinin tərkibinə əksər nazirlik və idarələrin rəhbər işçiləri daxildir.

Qara dəniz ticarət və inkişaf bankının 2005-ci ilin iyunun 5-də keçirilmiş illik yeddinci iclasında direktorlar Şurasında - Ali idarəetmə orqanında nümayəndəliyin Azərbaycana keçməsini nəzərə alaraq həmin iclasda qəbul edilmiş qərara əsasən, 2006-cı ilin iyunun 11-də Bakı şəhərində bankın illik səkkizinci iclası, iyunun 12-də isə Qara dəniz biznes-forumu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti