...

Vaqif Sadıqov Küveyt əmirinin dəfn mərasimində Azərbaycanı təmsil edir

Siyasət Materials 18 Yanvar 2006 12:33 (UTC +04:00)

Görkəmli dövlət xadimi, Küveyt əmiri şeyx Cəber əl-Əhməd-əl-Cəber əs-Sabahın dəfn mərasimində Azərbaycanı xarici işlər nazirinin müavini Vaqif Sadıqov təmsil edir. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

V.Sadıqov Azərbaycan prezidenti və xalqı adından Küveyt rəhbərliyinə başsağlığı verəcək.

Xatırladaq ki, prezident İlham Əliyev artıq mərhumun ailə üzvlərinə və dost Küveyt xalqına başsağlığı məktubu göndərib.

Xəbər lenti

Xəbər lenti