...

Prezident "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi ilə bağlı sərəncam verib

Siyasət Materials 23 Yanvar 2006 16:21 (UTC +04:00)

Azərbaycan Repsubliksının prezidenti İlham Əliyev 2006-cı ilin aprelində "Molla Nəsrəddin" jurnalının nəşr olunmasının 100 illik yubileyinin ölkədə layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Trend in məlumatına əsasən, dövlət başçısının sərəncamında Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil və Mədəniyyət nazirlikləri Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinə, eləcə də XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafına töhfələr vermiş digər maarifçi mətbuat orqanlarına həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirməsi göstərilir.

Xəbər lenti

Xəbər lenti