...

Azərbaycan və Ermənistan prezidentləri Parisdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində işçi sənədi nəzərdən keçirəcəklər

Siyasət Materials 27 Yanvar 2006 14:42 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Parisdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində işçi sənədi nəzərdən keçirəcəklər

Azərbaycan və Ermənistan prezidentləri Parisdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində işçi sənədi nəzərdən keçirəcəklər. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun (MQ) rusiyalı həmsədri Yuri Merzlyakov eksklyuziv məlumat verib.

Parisdəki danışıqların yekunu olaraq bu sənədin prezidentlər İlham Əliyev və Robert Köçəryan tərəfindən imzalanacağı barədə suala cavab verərkən diplomat bildirib: "İmzalanmaq üçün yox. Bu işçi sənəddir".

Merzlyakov həmsədrlərin fevralın əvvəllərində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmək üçün Bakıya və Yerevana qısamüddətli səfər etmək barədə niyyətlərini təsdiqləyib. Iasitəçilərin Dağlıq Qarabağ regionuna baş çəkəcəkləri barədə sualı cavablandıran rusiyalı həmsədr "əgər vaxt tapsaq, gedərik" - deyə bildirib. O, regiona səfər barədə daha ətraflı məlumat verməkdən imtina edib və "mane olmamaq üçün heç nə demirəm", - deyə əlavə edib.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MQ həmsədrlərinin Azərbaycana fevralın 1-də gələcəklərini, fevralın 2-də isə Bakıdan Yerevana yola düşəcəklərini bildirmişdi. Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün fevralın 10-11-də Parisdə keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti