...

AMİP-də yeni təyinatlar olub

Siyasət Materials 31 Yanvar 2006 18:33 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) yeni təyinatlar olub. Bu barədə Trend ə partiyanın mətbuat xidmətindən bildiriblər.

Partiyanın Siyasi Şurasının keçirdiyi toplantıda aprelin son ongünlüyündə planlaşdırılan qurultaya hazırlıqla bağlı məsələlər müzakirə olunub. Partiyanın baş katibi Fuad Muxtarovun sərəncamı ilə Rəşad Bayramov partiyanın təşkilat katibi təyin olunub.

Digər sərəncamla isə "Təftiş və qeydiyyat" komissiyası yaradılıb. Bu komissiya partiyada sənədlərin qeydiyyatı və arxivləşdirilməsinə nəzarət üçün nəzərdə tutulub. Mərkəzi Şuranın üzvü Nazim Əsədov komissiyanın sədri təyin olunub.

Xəbər lenti

Xəbər lenti