...

Xəzərin dayaz yerlərindəki vulkanlarla bağlı təqdiqatlar aparılır

Cəmiyyət Materials 21 Yanvar 2014 16:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri alman mütəxəssislərlə birgə Xəzər dənizininin dayaz yerlərində - quruya yaxın hissəsində yerləşən vulkanlarla bağlı tədqiqatlar aparır.
Xəzərin dayaz yerlərindəki vulkanlarla bağlı təqdiqatlar aparılır

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri alman mütəxəssislərlə birgə Xəzər dənizininin dayaz yerlərində - quruya yaxın hissəsində yerləşən vulkanlarla bağlı tədqiqatlar aparır. Bunu Trend-ə AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Dənizdə yerləşən vulkanların dərinliyinin 15 metrdən 900 metrədək olduğunu qeyd edən alim tədqiqat işlərinin bu il də davam edəcəyini söyləyib.

O, qeyd edib ki, hazırda Ukrayna Elmlər Akademiyasının alimləri ilə birgə Kerç yarımadasındakı vulkanlarla Azərbaycandakı palçıq vulkanlarının müqayisəli təhlilini aparırlar. Krımın Kerç yarımadasında aparılan işlərdə əsas məqsəd Xəzər və Qara dənizlərdə palçıq vulkanlarının əmələ gəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir. Bu iş bir neçə il davam edəcək.

A.Əliyevin sözlərinə görə, tədqiqatların ilkin nəticəsi onu göstərir ki, Azərbaycandakı palçıq vulkanlarının aktivliyi Kerç yarımadasında müşahidə edilmir. Kerç yarımadasındakı vulkanlar keçmiş geoloji dövrdə aktiv olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti