...

Azərbaycan sinoptiklərindən yaxın günlər üçün hava proqnozu

Cəmiyyət Materials 19 Noyabr 2014 12:43 (UTC +04:00)
Azərbaycan ərazisində az yağıntılı hava şəraiti yaxın günlərdə də müşahidə ediləcək.
Azərbaycan sinoptiklərindən yaxın günlər üçün hava proqnozu

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində az yağıntılı hava şəraiti yaxın günlərdə də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında isə havanın az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti