...

Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 19 Dekabr 2014 10:51 (UTC +04:00)
DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 26-da saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti