...

İqtisadiyyat və sənaye nazirinin növbəti vətəndaş qəbulu Hacıqabulda keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2014 14:18 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu dekabrın 20-də Hacıqabulda keçirilmişdir.
İqtisadiyyat və sənaye nazirinin növbəti vətəndaş qəbulu Hacıqabulda keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu dekabrın 20-də Hacıqabulda keçirilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaş qəbul edilmişdir.

Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, bir sıra müraciәtlər yerindəcə həllini tapmış, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.

Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərini də dinləmiş, onlarla müzakirələr aparılmış, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Qəbula gəlmiş vətəndaşlar onlar üçün yaradılmış şəraitə və bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı müraciətlərinin həllinə görə dövlət başçısına minnətdarlıq etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti