...

Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 12 dərəcə enəcək, qar yağacaq

Cəmiyyət Materials 14 Fevral 2015 12:53 (UTC +04:00)
Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq ediblər.
Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 12 dərəcə enəcək, qar yağacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonuna kimi ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, hava şəraitinin fasiələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcək. Bakıda da yağıntılı olacağı, şimal küləyinin əsəcəyi gözlənilir.

Qeyd edək ki, sinoptiklər dəqiqləşdirmiş məlumatı bir daha təqdim edəcəklər.

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 15-də hava arabir yağıntılı olacaq. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti