...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Mart 2015 13:19 (UTC +04:00)
Sabahdan Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, martın 18-nə kimi temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

İlk xəbər 12:24-də yayılıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, martın 18-nə kimi temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Temperatur əsasən martın 16-sı və 17-si enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bununla bağlı nazirlik rəsmi xəbərdarlıq yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti